“Dəmirbank”ın rəhbərliyində dəyişiklik olacaq

“Dəmirbank”ın rəhbərliyində dəyişiklik olacaq
09:12 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ İyunun 30-da, saat 17:00-da “Dəmirbank” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.
Məlumatda deyilir ki, yığıncaq Bankın əsas binasının yerləşdiyi Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanında olacaq. Yığıncağın gündəliyinə 2016-cı ilin maliyyə nəticələrinin təsdiq edilməsi, kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin tərkibinə dəyişiklik olunması məsələləri daxildir.
Xatırladaq ki, Xatırladaq ki, “Dəmirbank” 1989-cu ildə "Azərdəmiryolbank" adı ilə yaradılıb, 2009-cu ildə rebrendinq aparılıb. Onun nizamnamə kapitalı 21 mln. manatdır. Bankın səhmlərinin 25%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10%-i Hollandiya İnkişaf Maliyyə Şirkətinə (FMO), 0,25%-i 16 hüquqi şəxsə, 19,72%-i Rəhman Hacıyevə (Müşahidə Şurasının sədri), 9,65%-i Əsabəlı Hacıyevə, 5,45%-i Roman Əmircanova (Bankın İdarə Heyətinin sabiq sədri), 5,3%-i Səkinə Hacıyevaya, 5,3%-i Könül Hacıyevaya, 19,33%-i isə digər 810 fiziki şəxsə məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/demirbank-in-rehberliyinde-deyisiklik-olacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR