Neft ucuzlaşdı

Neft ucuzlaşdı
09:17 17 May 2017
76 Dünya
Ölkə mətbuatı
A- A+

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,95% azalaraq 48,20 dollar təşkil edib.

Milli.Az APA-ya itinadən xəbər verir ki, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,79% azalaraq 51,24 dollar olub.
 
Neftin ucuzlaşmasına Amerika Neft İnstitutunun ABŞ-da neft ehtiyatlarının 0,88 mln. barel artaraq 523,4 mln. barelə qədər yüksəlməsi ilə bağlı məlumatları açıqlaması səbəb olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545568.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR