Tramp İsrailin İŞİD sıralarındakı agenti üçün təhlükə yaradıb

Tramp İsrailin İŞİD sıralarındakı agenti üçün təhlükə yaradıb
09:22 17 May 2017
69 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşü zamanı məxfi məlumatları açıqlamaqla, İsrailin İŞİD terror qruplaşmasının sıralarındakı gizli agentinin həyatını təhlükə altında qoyub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NBC News telekanalı adları çəkilməyən ABŞ məmurlarına istinadən məlumat yayıb.

Qeyd edək ki, "Washington Post" bundan əvvəl yaydığı məlumatda bildirmişdi ki, Tramp danışıqlar zamanı Lavrova İŞİD-lə bağlı tamamilə məxfi məlumatlar təqdim edib. Yerli KİV-lər söhbətin təyyarələrdə terror aktı təhlükəsindən getdiyini ehtimal edirlər.
 
Telekanalın məlumatına görə, İsrailin gizli agenti İŞİD-in Amerikaya uçan sərnişin təyyarələrindən birini noutbuka quraşdırılmış partlayıcı qurğu vasitəsilə partlatmaq planı barədə məlumatı ABŞ-a ötürüb.  Məlumata görə, aeroportlardakı yoxlama sistemləri bu cür partlayıcı qurğuları aşkarlamaq iqtidarında deyil.  
 
Telekanal məlumatın etibarlı mənbədən ötürüldüyünü qeyd edir. Belə ki, ABŞ Yaxın Şərq ölkələrindən ölkəyə uçan təyyarələrin göyərtəsinə noutbukların keçirilməsinə qadağa qoyub. Qadağanın tezliklə Avropa ölkələrindən ABŞ-a uçan təyyarələrə də şamil ediləcəyi gözlənilir. Bu addımların terror təhlükəsinin aradan qaldırılmasının təmin olunması ilə əlaqələndirilir.   

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545569.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR