BNA "Dalğa Arena" istiqamətində ekspress xətt təşkil edib

BNA "Dalğa Arena" istiqamətində ekspress xətt təşkil edib
09:29 17 May 2017
65 Digər
Ölkə mətbuatı
A- A+

 

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.
 
 
Bakı Nəqliyyat Agentliyindən Lent.az-a verilən məlumata görə, bunun üçün 18.05.2017 tarixində Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya eləcə də əks istiqamətdə hərəkət edəcək.
 
Həmçinin yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274766

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR