BDU-nun kafedra müdiri vəfat edib

BDU-nun kafedra müdiri vəfat edib
09:32 17 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.
"Report"un məlumatına görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun “Paleontologiya və tarixi geologiya” kafedrasının, müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.
Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.
1968-1971-ci illərdə “Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.
1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) “Paleontologiya” və “Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.
1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.
2012-ci ildən “Ümumi və tarixi geologiya” kafedrasının müdiri olub.
1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.


Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bdu-nun-kafedra-mudiri-vefat-edib17052017

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR