Türkiyədə kömür mədənində GÜCLÜ PARTLAYIŞ: ölənlər var - VİDEO

Türkiyədə kömür mədənində GÜCLÜ PARTLAYIŞ: ölənlər var - VİDEO
09:43 17 May 2017
51 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Antalya əyalətində yerləşən Kəmər bölgəsində "Balyak Mədənçilik" Şirkətinə məxsus kömür mədənində güclü partlayış olub.

Publika.az xəbər verir ki, partlayış zamanı mədəndə olan qazmaçılardan ikisi ölüb. 900 metr dərinlikdə qalan 39 yaşlı Levənt Qorxmaz və 35 yaşlı Esən Cavuşun cəsədləri mədəndən çıxarılaraq ailələrinə təhvil verilib.

Mədəndə baş verən partlayışın səbəbləri araşdırılır.

İlkin məlumatlara görə, partlayış qaz sızması səbəbindən baş verib.

Mədəndə qalan işçilərin axtarışları davam edir

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199089.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR