ABŞ-da neft ehtiyatları gözlənilmədən artıb

ABŞ-da neft ehtiyatları gözlənilmədən artıb
09:52 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ ABŞ-ın neft ehtiyatları 6-12 may həftəsində 0,882 mln. barel artım göstərib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə məlumat Amerika Neft İnstitutunun (API) hesabatında yer alıb. "Bloomberg"in analitiklər arasında keçirdiyi sorğunun nəticələrinə əsasən,  neft ehtiyatlarının 2,673 mln. barel azalacağı ehtimal edilirdi. API-nin hesabatına görə, həftə ərzində ABŞ-ın benzin ehtiyatları isə 1,79 mln. barel azalıb.
Qeyd edək ki, API göstəricisi ABŞ Energetika Nazirliyi Energetika İnformasiyaları Agentliyinin (EİA) bu gün, mayın 17-də Bakı vaxtı ilə saat 18:30-da açıqlayacağı rəsmi neft ehtiyatları göstəricisinin ilkin siqnalı kimi qəbul olunur. Analitiklər ABŞ-da neft ehtiyatlarının rəsmi göstəricisinin 2,36 mln. barel azalacağını proqnozlaşdırırlar.
"Report"un analitik qrupu bildirir ki, analitiklər neft ehtiyatlarında azalma gözlədikləri halda neft ehtiyatlarındakı artım "Brent" markalı neftin qiymətinin 0,8% azalaraq 51,25 dollar/barelə düşməsinə gətirib çıxarıb.
OPEC təşkilatının may ayının 24-25-də keçirəcəyi iclasda neft hasilatının azaldılması ilə bağlı 30 noyabr Vyana anlaşmasını uzatması ehtimalı yaxın günlərdə neft qiymətlərinin 55 dollar/abrelə qədər artmasına gətirib çıxara bilər. Qiymətlərin daha çox artması üçün hasilatın bir qədər çox azaldılmasına ehtiyac var.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/abs-da-neft-ehtiyatlari-gozlenilmeden-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR