Azərbaycanda çay məcrasını dəyişdi, evləri su basdı, ev quşları öldü - FOTO

Azərbaycanda çay məcrasını dəyişdi, evləri su basdı, ev quşları öldü - FOTO
09:57 17 May 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Güclü yağış səbəbindən Qobustanın bir kəndini su basıb, evlərə və təsərrüfatlara ziyan dəyib.

Milli.Az report-a istinadən xəbər verir ki, ötən gecə yağan leysan xarakterli yağış Pirsaatçay çayında daşqınlara səbəb olub və çay məcrasını dəyişib. Çayın məcrasının dəyişməsi bir sıra fəsadlar yaradıb. 

Belə ki, sel suları Şamaxı və Qubustan rayonlarında fərdi yaşayış evlərinə və təsərrüfatlara ziyan vurub. Qubustan rayonunun Poladlı kəndində sel suları fərdi yaşayış evlərinin zirzəmilərinə dolub və 200-dən çox ev quşları tələf olub.

Hazırda aidiyyatı qurumları əraziyə baxış keçirir, əhaliyə dəyən ziyan müəyyənləşdilir. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545587.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR