Təqvimdə BU GÜN

Təqvimdə BU GÜN
10:08 17 May 2017
83 Digər
Ölkə mətbuatı
A- A+

17 may 1639 - Səfəvi və Osmanlı imperatorluqları arasında növbəti müharibənin (1623-1639) yekunlarına əsasən, Qəsri-Şirin sülh müqaviləsi bağlanıb. Müqavilədə iki dövlət arasında 1555-ci ildə bağlanmış Amasya sülhünün şərtləri təsdiqlənib. Həmin şərtlərə görə, Qərbi Gürcüstan Osmanlının, Gürcüstanın şərq vilayətləri və Qərbi Azərbaycan (indiki Ermənistan), eləcə də şimallı-cənublu Azərbaycan torpaqları Səfəvilərin nəzarətinə keçmişdi.

17 may 1870 - Görkəmli yazıçı-dramaturq, publisist Əbdürrəhim bəy Əsəd bəy oğlu Haqverdiyev (1870 – 11.12.1933) Şuşada anadan olub. "Dağılan tifaq", "Bəxtsiz cavan", “Pəri cadu”, “Ağa Məhəmməd şah Qacar”, “Ac həriflər” və s. pyeslərin, bir çox hekayələrin (“Marallarım” silsiləsi) müəllifidir. Rus dilindən tərcümələr (M.Qorki, A.Çexovun hekayələri, habelə U.Şekspirin “Hamlet”, F.Şillerin “Qaçaqlar” pyesləri və s.) edib. Rusiya Dövlət Dumasının (1906-1907) deputatı olub. Bakı Dövlət Universitetində (1921-1931) dərs deyib.

17 may 1921 - Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin dekreti ilə respublikada "ərzaq sapalağı" ləğv olunub. "Ərzaq sapalağı"na əsasən, kəndlilər tədarük etdikləri məhsulun artıq hissəsini hökumətin müəyyən etdiyi qiymətə dövlətə satmalı idilər. 1919-cu ildə Rusiyada tətbiq edilən sistem sovetləşmədən sonra Azərbaycanda da həyata keçirilirdi. 1921-ci ildə qismən yüngül sistemlə - ərzaq vergisi ilə əvəz olundu.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199091.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR