Azərbaycan iqtisadiyyatı ilk dörd ayda 1,2% azalıb

Azərbaycan iqtisadiyyatı ilk dörd ayda 1,2% azalıb
10:17 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 aprel. REPORT.AZ/ Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 20 139,8 mln. manatlıq ümumi daxili məhsul istehsal edilib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,2% azdır.
Bu dövrdə sənayenin neft hasilatı və emalı sahələrində istehsalın azalması ümumi daxili məhsulun həcminin azalmasına təsir edən əsas amil olub.
Eyni zamanda, iqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,9% artıb.
Ümumi daxili məhsulun 44,6%-i sənayedə, 11%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,2%-i tikintidə, 7,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 14%-i digər sahələrdə istehsal edilmiş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 2 075,5 manata bərabər olub.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycan-iqtisadiyyati-ilk-dord-ayda-1-2-azalib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR