İtkin düşən 12 yaşlı məktəbli hələ də tapılmayıb

Bakıda 12 yaşlı uşaq itkin düşüb.

Metbuat.az xəbər verir ki, azyaşlının yaxınlarının verdiyi məlumata görə, 2005-ci il təvəllüdlü Dadaşov Amil Zaur oğlu Yasamal rayonundan Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki Bakıxanov İdman Liseyinə gedərkən itkin düşüb. Mayın 12-də səhər saatlarında Amil anası ilə birlikdə yaşadıqları Yasamal rayonu, II Alatava, ev 2/9 ünvanından çıxıb.

Anası onu metronun "20 yanvar" stansiyası yaxınlığından Bakıxanov istiqamətinə gedən marşrutla liseyə yola salıb. Lakin uşaq həmin liseyə getməyib. Azyaşlının hara getməsi barədə məlumat yoxdur. Liseydən bildiriblər ki, uşaq həmin gün dərsə gəlməyib. 3 günlük axtarışlar nəticəsiz qaldığından mayın 15-də valideynləri bu barədə Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət ediblər. Bölmədən Metbuat.az-a verilən açıqlamada 6-cı sinif şagirdinin axtarışlarının davam etdirildiyi bildirilib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR