Bakı - 2017: Daha bir güləşçimiz yarımfinalda

Bakı - 2017: Daha bir güləşçimiz yarımfinalda
10:29 17 May 2017
66 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında yunan-roma güləşi üzrə yarışlarda güləşçimiz Rafiq Hüseynov (80 kq) dörddəbir finalda xalça üzərinə çıxıb.

Trend-in məlumatına görə, ilk görüşdə idmançımız Qırğızıstan təmsilçisi Azisbekov Atabek ilə qarşılaşıb. Mübarizə 5:1 hesabı ilə güləşçimizin qələbəsi ilə başa çatıb. Beləliklə, güləşçimiz yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR