"Azərbaycan idmançıları indiyədək 82 medal qazanıblar" - Nazir

"Azərbaycan idmançıları indiyədək 82 medal qazanıblar" - Nazir
10:37 17 May 2017
23 İdman
Ölkə mətbuatı
A- A+

IV İslam Həməylik Oyunlarının açılış mərasimindən sonra keçən 5 gün ərzində Azərbaycan idmançılarımız 41-i qızıl olmaqla, ümumilkdə 82 medal qazanıblar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün IV İslam Həmrəylik Oyunlarının ötən günləri ilə bağlı hesabat konfransında gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir müavini qeyd edib ki, indiyədək oyunlarda ümumilikdə 400 medal qazanılıb.

Hazırda 26 ölkənin hesabında medal olduğunu nəzərə çatdıran A.Rəhimov əlavə edib ki, bu, yarışların gərgin mübarizə şəklində keçildiyini göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/545606.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR