Avtobusların sayı artırılır

Avtobusların sayı artırılır
10:38 17 May 2017
72 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən “Dalğa Arena”da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən Publika.az-a verilən məlumata görə, qurum tərəfindən təşkil edilən bu xidmətin məqsədi rahatlığı təmin etməkdir. Bunun üçün mayın 18-də Bakı Nəqliyyat Agentliyinin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun “Koroğlu” stansiyasının qarşısından “Dalğa Arena”ya, eləcə də əks istiqamətdə hərəkət edəcək. Həmçinin, yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun “Neftçilər” stansiyasından “Dalğa Arena” (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199100.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR