ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb

ADU-da İctimai Nəzarət Şurasının üzvləri tələbələrlə görüşüb
10:43 17 May 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Dillər Universitetinin (ADU) İctimai Nəzarət Şurasının üzvləri bütün fakültələr üzrə I-III kurslarda təhsil alan tələbələrlə görüşlərə başlayıb.

ADU-nun İnformasiya Departamentindən Trend-ə verilən məlumata görə, görüşlərdə imtahan hazırlığı, Bolonya sisteminin tətbiqi, tələbələrin sosial həyatı, təhsil islahatları, IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən könüllülər, universitetdaxili nizam-intizam və s. mövzular ətrafında müzakirələr aparılıb.

İnteraktiv şəkildə keçirilən görüşlərdə tələbələri maraqlandıran suallar cavablandırılıb, ətraflı izahat verilib.

Qeyd edək ki, ADU-nun Elmi şurasının 28 dekabr 2016-cı il tarixli qərarına əsasən, yaradılan 14 nəfərlik İctimai Nəzarət Şurasının sədri “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev, sədr müavini təhsil eksperti Nadir İsrafilov, katibi isə modern.az saytının rəhbəri Elşad Eyvazlıdır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755508.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR