“Bakı-2017”: güləş yarışlarına start verildi

“Bakı-2017”: güləş yarışlarına start verildi
10:43 17 May 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Heydər Əliyev adına İdman Arenasında güləş yarışlarına start verilib. Yarışlarda sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandamız mübarizə aparır.

Mayın 17-də - yarışların ilk günündə yunan-Roma güləşi üzrə 59, 71, 80 və 98 kiloqram çəki dərəcələrində idmançılar xalça üzərinə çıxırlar.

Gün ərzində dörddəbir final mərhələsində 59 kiloqram çəki dərəcəsində komandamızın üzvlərinin iştirakı ilə aşağıdakı görüşlər keçiriləcək: Murad Məmmədov - M.Nurbaxş (İran), 71 kiloqramda A.Budjemline (Əlcəzair) - Rəsul Çunayev, 80 kiloqramda A.Azisbekov (Qırğızıstan) - Rafiq Hüseynov, 98 kiloqramda T.Raza (Pakistan) - Orxan Nuriyev Final görüşləri isə saat 18:00-da başlayacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199102.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR