Nikah mərasimlərində İNANILMAZ QADAĞA: musiqi və şampan YASAQLANDI

Nikah mərasimlərində İNANILMAZ QADAĞA: musiqi və şampan YASAQLANDI
10:48 17 May 2017
59 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya paytaxtında keçirilən nikah mərasimlərində canlı musiqi, gül-çiçək və şampan şərabının istifadəsi qadağan olunub.

Publika.az xəbər verir ki, nikah mərasimlərinin vazkeçilməzi olan musiqinin, gül və şampanın yasaqlanmasına səbəb gənclər üçün maddi xərclərin azaldılmasıdır. Bundan başqa gənclər hər dəfə bunlarla məşğul olan icraçılar tapa bilməyəndə VVAQ şöbəsinə müraciət edirmişlər. Çoxsaylı tələblərdən bezən VVAQ-çılar xidmətləri yasaqlamaqla bunun qarşısını almalı olublar.

Hazırda canlı musiqinin yerinə fonoqram, musiqiçilərin əvəzinə isə audiotexnika çalışacaq. Hətta yeni evlənənlərə özləri ilə kənardan musiqiçi gətirilməyə də icazə verilməyəcək.

Şampan, çiçək, konfet səpələmək və s. toy vərdişlərinin qadağan olunmasını isə belə izah ediblər: “Spirtli içkilər, başa atılan konfetlər, subay qızların çiçək tutmaq uğrunda mübarizəsi çoxsaylı zədələrlə nəticələndiyi üçün qadağan etmişik.”

Şəfiqə ŞƏFA


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/199105.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR