Gündə bir ovuc qoz yeməyin inanılmaz faydası

Araşdırmaya görə, bir ovuc qoz yemək infarkt riskini azaldır.

Metbuat.az xəbər verir ki, mütəmadi olaraq qoz yemək və ya qoz yağı içmək sizi infarkt riskindən qoruyur. Araşdırmada bir ovuc qoz yeyən insanların 4 saat sonra qan damarlarının elastikliyi və xolestrol səviyyələrində qan dövranına yardımçı olacaq dəyişiklik müşahidə olunub.

Araşdırmanın nəticəsinə görə, qoz və qoz yağı ürək-damar xəstəliklərindən qoruyur. Pensilvanyada yerləşən Penn Dövlət Universitetinin qidalanma üzrə mütəxəssisi professor həkim Penny Kris Eterton deyib: “Sadəcə bir ovuc qoz, ya da qoz yağını həftədə 4 gün istifadə etməklə infarkt riskini azalda bilərsiniz”.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR