XİN başçısının müavini: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır"

XİN başçısının müavini: "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır"
10:57 17 May 2017
49 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ "Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışır. Amma bu yolla sülh əldə olunmasa, işğala son qoyulmasının başqa yollarını axtaracağıq".
"Report" Bolqarıstanın "Fokus" agentliyinə istinadən xəbər verir ki, bunu Sofiyada olan Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
O, Dağlıq Qarabağ münaqişəsinin həllinin, dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətini vurğulayıb və əlavə edib ki, regiondakı münaqişələrə seçmə yanaşma Azərbaycan və Ermənistan əhalisinə ziyan vurur.
"Azərbaycan torpaqlarının 20%-i işğal olunub və nəticədə bir milyondan çox adam qaçqın və məcburi köçkünə çevrilib. Biz münaqişənin həllini üç mərhələdə görürük: torpaqların tədricən azad edilməsi, onların bərpa edilməsi və məcburi köçkünlərin tədricən geri qaytarılması", - deyə M.Məmmədquliyev bildirib.

Xəbərin orijinal ünvanı: https://report.az/dagliq-qarabag/xi-n-bascisinin-muavini-azerbaycan-dagliq-qarabag-munaqisesinin-sulh-yolu-ile-helline-calisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR