Bu xəttə ekspress avtobuslar buraxılacaq - XƏRİTƏ

Bu xəttə ekspress avtobuslar buraxılacaq - XƏRİTƏ
10:57 17 May 2017
48 Ölkə
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Xəzər rayonu Mərdəkan qəsəbəsində yeləşən "Dalğa Arena"da keçiriləcək futbol yarışlarını izləmək istəyən tamaşaçıların, könüllülərin, texniki personalın və digər şəxslərin rahat daşınması Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən ekspress xətt avtobusları ilə həyata keçiriləcək.

BNA-dan Milli.Az-a verilən məlumata görə, bunun üçün 18.05.2017 tarixində Agentliyin ayırdığı 15 nəqliyyat vasitəsi müntəzəm olaraq metronun "Koroğlu" stansiyasının qarşısından "Dalğa Arena"ya, eləcə də əks istiqamətdə hərəkət edəcək.

Həmçinin, yarışları izləmək üçün çox sayda tamaşaçı axınını nəzərə alaraq, metronun "Neftçilər" stansiyasından "Dalğa Arena" (Dəniz yolu) istiqamətində hərəkət edən 141 nömrəli marşrut xəttindəki avtobusların sayı tamaşaçı, sərnişin axınına uyğun olaraq artırılacaq.

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545617.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR