240 metr hündürlükdə YENİ DÜNYA REKORDU - VİDEO

240 metr hündürlükdə YENİ DÜNYA REKORDU - VİDEO
11:03 17 May 2017
67 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Levent vadisində keçirilən maraqlı festivalda dünya rekordları yenilənib.

Publika.az xəbər verir ki, Akçadağ ərazisinə daxil olan Levent vadisində maraqlı festival davam edir. Mayın 21-dək davam edəcək festival Akçadağ Bələdiyyəsi tərəfindən maliyyələşdirilir.

Təbiət İdman Növləri çərçivəsində keçirilən festivalda yerdən 240 metr hündürlükdə yerləşən 210 min metr uzunluqda kəndir üzərində yürüş gercəkləşdirilib.

Festivalda dünyanın müxtəlif bölgələrindən gələn idmançılar iştirak edib. Onlar dünya rekordunu yeniləmək üzrə bir-biri ilə gərgin rəqabət aparıb.

İsveçrəli 33 yaşlı alpinist Samuel Voleri yerdən 240 metr hündürlükdə yerləşən kəndir üzərində təxminən 1 saat 14 dəqiqə ərzində 210 min metr uzunluğunda məsafəni qəth edərək dünya rekordunu öz adına yazdırıb.

Yarışlara dünya ölkələrindən bütün idmançılar dəvətlidir.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199096.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR