Güləşçimiz FİNALA yüksəldi

Azərbaycanın yunan-roma güləşçisi Rafiq Hüseynov (80 kq) IV İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə qazanıb.

Metbuat.az-ın məlumatına görə, bu uğura güləşçimizin rəqibi Əlcəzair təmsilçisi Sid Azara Bagir məğlub etməklə nail olub.

R.Hüseynov rəqibinə vaxtından əvvəl 10:1 hesabı ilə qalib gələrək finala vəsiqə qazanıb.

Sərdar Məmmədov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR