Ərdoğan o sözləri Trampın üzünə dedi və...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Donald Trampın çoxdan gözlənilən görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, Trampa “dəyərli dostum” deyə müraciət edən Ərdoğan görüşü tarixi dönüş nöqtəsi adlandırıb:

“Bölgənin gələcəyində terrorçu qruplaşmalara yer yoxdur. Suriya və İraqda ata biləcəyimiz ortaq addımları yüksək dəyərləndiririk. Trampın prezident seçkilərində qalib gəlməsi Türkiyənin də daxil olduğu bölgədə yeni ümidlərin yaranmasına şərait yaratdı. Biz bu ümidlərin boşa çıxmayacağına inanırıq. Suriya rejiminin kimyəvi silah tətbiqindən sonra ABŞ-ın Suriya ilə bağlı mövqeyni dəstəkləyirik. Suriya, İraq, Yəmən və Liviyadakı xaosu öz xeyrinə istifadə etmək istəyənlər qalib gələ bilməyəcək. Bölgənin təhlükəsizliyində ABŞ-Türkiyə iş birliyi çox önəmlidir".

ABŞ prezidenti Donald Tramp:

“Türkiyəni PKK və İŞİD kimi terrorçu qruplaşmalarla mübarizədə dəstəkləyirik. Türkiyə ilə çox yaxşı münasibətlərimiz var. Bu münasibətlərin daha da yaxşılaşıdırılması üçün səy göstərəcəyik. Türkiyə və Amerika xalqı uzun illərdir ki, dost və müttəfiqdir. Türk əsgərləri Koreya müharibəsində Amerika əsgərləri ilə çiyin-çiyinə vuruşub. Türk xalqı terrordan əziyyət çəkib. Türk xalqına dəstəyimizi bildiririk. Münasibətlərimizi heç bir qüvvə korlaya bilməz. Türkiyənin Suriya ilə bağlı mövqeyini dəstəkləyirik. Qarşılıqlı ticarət əlaqələri daha da genişləndiriləcək. ABŞ-dan silah idxal etmək istəyən Türkiyəyə silahların çatması üçün əlimizdən gələni edəcəyik”.

Üz-üzə 20 dəqiqəlik dialoq zamanı Ərdoğan ABŞ prezidentini Türkiyəyə səfərə dəvət edib.

Görüşdən sonra prezidentlər “Twitter”dən qarşılıqlı mesaj verib:

Tramp: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Ağ Ev"ə təşrif buyurmağından qürur duyuruq”.

Ərdoğan: “Qonaqpərvərliyiniz üçün təşəkkür, cənab prezident! İnanıram ki, bu görüş bizim uzun müddətdən bəri davam edən səmimi münasibətlərimizi daha da qüvvətləndirəcək”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR