"Pony Express": Azərbaycan bazarından gözləntimiz - illik 3 mln. dollarlıq dövriyyədir

"Pony Express": Azərbaycan bazarından gözləntimiz - illik 3 mln. dollarlıq dövriyyədir
11:27 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Bakıda beynəlxalq logistika operatoru olan “Pony Express” şirkətlər qrupunun fəaliyyəti ilə bağlı təqdimat keçirilib.
“Report”un məlumatıa görə, tədbirdə iştirak edən Holdinqin regional inkişaf üzrə direktoru Sergey Sequşov bildirib ki, “Pony Express” təkcə Rusiyada deyil, bütün MDB məkanında 25 ildir ki, ekspress və ekonom çatdırılma, yükdaşımalar, internet mağazalar üçün çatdırılma və anbar xidmətləri göstərir.
Onun sözlərinə görə, şirkətlər qrupu hər il təxminən 10 mln. göndəriş həyata keçirir: “Bu işi görən heyət təxmnən 4 min nəfərdən ibarətdir. Fəaliyyətimiz 17 min yaşayış məntəqəsini əhatə edir. Biz həm ixrac, həm də idxal edilən mallar üçün çatdırılma, eləcə də gömrük rəsmiləşdirilməsi xidmətləri də göstəririk. Azərbaycan bazarından gözləntimiz isə ildə təxminən 3 mln. dollarlıq dövriyyədir".
“Pony Express”in Azərbaycan nümayəndəliyinin rəhbəri Şükufə Əbilova isə bildirib ki, Ələt qəsəbəsində azad iqtisadi zonanın yaradılması ilə bağlı planlar Azərbaycanda logistikanın inkişafına geniş imkanlar açır və ölkənin daşımalar bazarını böyüdür. “Pony Express” də böyüyən bazarda pay sahibi olmaq istəyir: “Təmsil etdiyim şirkət yüklərin nəzərəçarpcaq dərəcədə aşağı qiymətə (20-30% ucuz) çatdırılmasını təmin edir. Bu yüklər istənilən ölçüdə - qabaritdə ola bilər. Xüsusilə elektron ticarətlə bağl hədəflərimiz var. 2016-cı ildə Azərbaycanda elektron ticarətin həcmi 2,4 dəfə artıb. Bu bazarın 10%-nə nəzarət etməyi planlaşdırırıq. Onu da qeyd edim ki, “Pony Express”də izləmə xidməti var. Bu da müştərilərə yükün təyinat məntəqəsinə çatana qədər izlənməsinə imkan yaradır”. 
Onun sözlərinə görə, gömrük rəsmiləşdirilməsi üçün şirkətin öz brokeri var və bu sahədə heç bir problem olmayacaq: “Sadəcə hansısa malın idxalı və ixracı üçün dövlətin icazəsi olmalıdır. Şirkət lazımi sənədər əsasında gömrük işini də görür”.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/pony-express-azerbaycan-bazarindan-gozlentimiz-illik-3-mln-dollarliq-dovriyyedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR