Bakı - 2017: Daha bir güləşçimiz final şansını itirdi

Bakı - 2017: Daha bir güləşçimiz final şansını itirdi
11:29 17 May 2017
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov (59 kq) IV İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünü keçirib.

Trend-in məlumatına görə, final uğrunda mübarizədə güləşçimiz Qırğızıstan təmsilçisi Zolçubekov Kanybek ilə qarşılaşıb. Gərgin keçən mübarizədə Murad Məmmədov rəqibinə 5:3 hesabı ilə məğlub olaraq finala vəsiqə qazanmaq şansını itirib.

Daha sonra güləşçimiz bürünc medal uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755561.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR