Ötən ay Naxçıvanın Dövlət Miqrasiya Xidmətinə 654 müraciət daxil olub

Ötən ay Naxçıvanın Dövlət Miqrasiya Xidmətinə 654 müraciət daxil olub
11:37 17 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Ötən ay Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan vətəndaşları tərəfindən 654 müraciət daxil olub.
Xidmətdən "Report"a verilən məlumata görə, müraciətlərdən 90-ı əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.
Ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 564 müraciət qeydə alınaraq icrası təmin edilib. Həmin müraciətlərin 159-u xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra olunub. 

Xəbərin orijinal ünvanı: https://report.az/sosial-mudafie/oten-ay-naxcivanin-dovlet-miqrasiya-xidmetine-654-muraciet-daxil-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR