ABB avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edib

ABB avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edib
11:42 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) ölkədə ilk dəfə olaraq avtomatlaşdırılmış depozit qutuları sistemini tətbiq edib. Bankdan “Report”a verilən məlumata görə, bu sistem müasir bankçılıq texnologiyalarının son nailiyyətlərindən sayılır.
“Qiymətlilərin qorunmasında ən təhlükəsiz və yüksək xidmət səviyyəsini təmin edir. Sistemin özəlliyi qiymətlilərin (pul, mühüm sənəd, qiymətli əşya və s.) qəbulu və təhvil verilməsi prosesinin tam avtomatlaşdırılmasıdır. Bu sistemin köməyi ilə ideal təhlükəsizlik və məxfilik şəraitində, hətta bank əməkdaşının iştirakı belə olmadan qiymətliləri depozit qutularında yerləşdirmək, yaxud bankdan götürmək mümkündür. Proses çox rahat və operativ şəkildə baş verir: müştəri xidmət kabinəsinə daxil olaraq müqavilə rəsmiləşdirilərkən ona verilmiş kartı və məxfi kodu sistemə daxil edir. Robot sifariş edilmiş depozit qutusunu qapalı zonadan müştərinin olduğu kabinəyə göndərir. Qutu müştəridəki açarla açıldıqdan və əməliyyat başa çatdırıldıqdan sonra sistem depozit qutusunu yenidən avtomatik şəkildə qapalı saxlancdakı yerinə qaytarır”, - deyə Bankdan bildirilib.
ABB-də depozit seyfinin minimal icarə müddəti 1 gün, maksimal icarə müddəti isə 1 ildir. Depozit seyflərinin icarə haqqı 1 aylıq 20 manatdan başlayır və seyfin ölçüsündən asılı olaraq dəyişir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abb-avtomatlasdirilmis-depozit-qutulari-sistemini-tetbiq-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR