Bakı-2017: İki atıcılıq komandamız finala yüksəlib

Bakı-2017: İki atıcılıq komandamız finala yüksəlib
11:42 17 May 2017
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın iki komandası 10 metr məsafədən pnevmatik tapança ilə atəş üzrə qarışıq komanda yarışının finalına yüksəlib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Ruslan Lunyov və Nigar Nəsirovadan ibarət birinci komandamız 473, Rəsul Məmmədov və Zərifə Qasımovadan ibarət ikinci komandamız isə 460 xal yığaraq final mərhələsinə çıxıblar.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR