Olimpiya çempionumuz da İslamiadaya qələbə ilə başladı

Olimpiya çempionumuz da İslamiadaya qələbə ilə başladı
11:43 17 May 2017
42 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında taekvando yarışları davam edir.

Trend-in məlumatına görə, +87 kq çəki dərəcəsində mübarizə aparan Rio-2016 Olimpiya Oyunlarının qızıl mükafatçısı, dünya çempionu Radik İsayev 1/4 finalda Pakistan idmançısı Şah Adillə döyüşüb.

Rəqibi üzərində tam qələbə qazanan təmsilçimiz R.İsayev yarımfinala vəsiqə qazanıb - 34:8.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755570.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR