Limon suyu və sarımsağın birgə möcüzəsi

Limon suyu və sarımsaq birlikdə möcüzə yaradır.

Metbuat.Az xəbər verir ki, qarışığı hazırlamaq üçün 2 litrlik qabı limon suyu ilə doldurun. Soyulmuş 40 diş orta boy sarımsağı əzərək limonun içinə atıb şüşənin qapağını möhkəm bağlayın. 25 gün normal ilıq bir yerdə saxlayın və hər gün bir neşə dəfə az çalxalayın. Təxminən 25 gün sonra sarımsaqların limon suyunun içində əridiyini görəcəksiniz.

25 gün sonra hazır vəziyyətə gələn qarışıqdan hər sabah səhər yeməyindən yarım saat öncə yarım çay stəkanı için. Bunu hər gün davamlı olaraq və mümkünsə eyni saatda edin. Bu qarışığın içinə əsla başqa bir maddə qatmayın.

Qarışığın faydaları saymaqla bitmir: Revmatizma ağrılarından xilas olmaq üçün adətən, möcüzə yaradır. Kirəclənmənin qarşısını alır. Beyin hüceyrələri və bütün sinir sistemini yeniləyir. İflic və vertigo (başgicəllənmə)xəstəliyində olduqca faydalıdır. Bədənin müqavimət gücünü artırır. Hər növ allergiya, stressə bağlı ciddi dəri xəstəliklərini müalicə edir. “Helycobeacter pylori” adlı xora mikrobunu öldürərək mədə və onikibarmaq bağırsaq xorasını müalicə edir. Böyrək və öd daşlarını əridir, yaxşı sidikqovucudur. Damar iltihablarını müalicə edir, tıxanan damarları açır.

Aysel Yaqubqızı / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR