Cinsiyyətini dəyişmək üçün əməliyyata girən Beren öldü - VİDEO

Cinsiyyətini dəyişmək üçün əməliyyata girən Beren öldü - VİDEO
11:52 17 May 2017
116 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin Denizli şəhərində cinsiyyətini dəyişdirmək üçün əməliyyatı masasına uzanan qız ölüb.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, 27 yaşlı Beren Yıldız adlı qız əməliyyatdan qısa müddət sonra həyatını itirib. 

O, cinsiyyətini dəyişdirmək üçün İstanbulun Kadıköy bölgəsində H.A. adlı bir həkimə müraciət edib. 10 mayda İstanbula gedən Beren 11 may axşamı Kadıköydə özəl bir xəstəxanada əməliyyat masasına uzanıb.

Əməliyyatdan bir neçə saat sonra narkozdan oyanan Beren iddiaya görə, elə həmin gün tənəffüs çatışmazlığı səbəbiylə həyatını itirib. Berenin cənazəsi, ailəsi tərəfindən götürülərək Bursada dəfn edilib.

Berenin ailəsinin əməliyyatını edən həkim H.A. haqqında polisə şikayət edib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Cinsiyyətini dəyişmək üçün əməliyyata girən Beren öldü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/545621.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR