Azərbaycan Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilər...

Bu gün "Bakı 2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı hesabat xarakterli mətbuat konfransı keçirilib.

Metbuat.az xəbər veri ki, Əsas Media Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Azad Rəhimov Azərbaycan idmançılarının geridə qalan yarış günləri ərzində yüksək nəticələr əldə etdiklərini bildirib. Onun sözlərinə görə, İslamiadada rəqabət böyükdür: "Bu günə qədər idmançılarımız 81 medal qazanıblar. Onlardan 41-i qızıldır. İndiyə kimi 131 medal dəsti verilib. Yarışlarda iştirak edən 26 ölkənin təmsilçiləri medal qazanıblar. Bu da İslamiadada rəqabətin olmasının göstəricisidir. Hazırda 7 boksçumuz yarımfinaldadır, bu, 7 medal deməkdir. Voleybol və futbol yığmalarımız mübarizəni davam etdirir. Su polosu komandamız 3-cü yer uğrunda oynayacaq. Bu gün bizim üçün sevimli olan güləş yarışları başlayır. Yəni, irəlidə daha çox medal qazanmaq imkanımız var”.

Nazir gələcəkdə Azərbaycanın Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək ehtimalına münasibət bildirib. O, bununla bağlı qərarı Milli Olimpiya Komitəsinin (MOK) verdiyini söyləyib: "Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı qərarı MOK və onun prezidenti verir. 2024-cü illə bağlı sifarişin verilməməsi məqsədəuyğun sayıldı. 2028-ci ilə isə hələ çox var”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR