Azərbaycanda ​dollar bu tarixdən sonra bahalaşa bilər

Dolların məzənnəsində son günlər qismən də olsa ucuzlaşma müşahidə olunur. Ekspertlər isə bu ucuzlaşmanın qısa bir müddət davam edəcəyini, IV İslam Həmrəylik Oyunlarından sonra dolların manatla müqayisədə möhkəmlənəcəyini bildirir.

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Qubad İbadoğlu bildirir ki, bu barədə proqnoz səsləndirmək çox çətindir:

“Amma siyasi və digər amilləri nəzərə alsaq, oyunlar bitənə qədər məzənnədə ciddi dəyişiklik gözlənilmir. Çox ehtimal ki, oyunlardan sonra, ilin sonuna qədər dolların məzənnəsinin möhkəmlənməsini müşahidə edəcəyik”.

Xəyalə Məmmədova / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR