IDEA "Eko-skaut" layihəsi uğurla davam edir

IDEA "Eko-skaut" layihəsi uğurla davam edir
12:15 17 May 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

IDEA İctimai Birliyinin təşəbbüsü ilə start verilən və gənclərin böyük marağına səbəb olan “Eko-skaut” layihəsi uğurla davam edir.

IDEA-dan Trend-ə verilən məlumata görə, qısa müddət ərzində sayları 70-ə çatan IDEA eko-skautlarının yeni üzvləri ilə 16 may tarixində IDEA Resurs Mərkəzində görüş keçirilib.

Layihəyə martın 27-də start verilib. Layihənin məqsədi gəncləri təbiətin mühafizəsinə cəlb etmək, onları təbiətin bəxş etdiyi sərvətlərdən qənaətlə və düzgün istifadəyə təşviq etmək, canlı aləmi dərindən öyrənməyə və qorumağa, eləcə də cəmiyyətdə faydalı ekoloji işlərlə məşğul olmağa sövq etməkdən ibarətdir.

IDEA eko-skaut layihəsi gənclərə planetimiz üçün təhlükə yaradan ekoloji problemləri dərk etmək və bu problemlərin həllinə digərlərini də cəlb etməklə, bu ictimai hərəkatda iştirak etmək və onun lideri olmaq imkanı yaradır.

IDEA Eko-skautu olmaq istəyən gənclərə görüş zamanı layihənin mahiyyəti, eko-skautların öhdəlikləri, onların fəaliyyət prinsipləri, gündəlik eko-skaut qaydaları, eko-skaut klubuna üzv olmağın yolları, üzvlük kartı və yüksək statuslu kartlar almağın yolları, balların toplanma mexanizmi haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, kluba qoşulmaq üçün müraciət edən gənclərə üzvlük kartı və IDEA tərəfindən xüsusi olaraq hazırlanmış papaq, bel çantası, döş nişanı verilib. Yeni qoşulan üzvlər “Gənc ekoloq” statusu altında ətraf mühitə faydalı işlərlə məşğul olaraq ballar yığıb statuslarını artırmaq imkanı əldə edəcəklər. Kifayət qədər bal toplayan eko-skautlar ən yüksək mərhələyə keçmiş sayılacaq və onlara IDEA tərəfindən qiymətli hədiyyələr təqdim olunacaq.

Görüşün sonunda ənclər könüllü olaraq IDEA eko-skaut layihəsinə qoşulmaq üçün müraciət etmiş yeni üzvlər birgə “eko-skaut andı” içiblər.

IDEA eko-skaut layihəsi haqqında, o cümlədən qeydiyyat, üzvlük qaydaları, balların toplanması və s. ilə bağlı ətraflı məlumat üçün: http://www.ideacampaign.org/ecoscout/, tel.: 012 497 6316


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2755589.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR