Türkiyə səfirliyi qarşısında dava

Ərdoğan-Tramp görüşməsi öncə Türkiyənin ABŞ-dakı səfirliyi qarşısında Ərdoğan tərəfdarları ilə PYD terror təşkilatının tərəfdarları arasında dava düşüb.

Metbuat.az xəbər verir ki, əllərində “Dəmirtaşa azadlıq” plakatı daşıyan etirazçılar Ərdoğan əleyhinə şüarlar səsləndirib. Bundan sonra əllərində Türkiyə bayrağı olan Ərdoğan tərəfdarları ilə onlar arasında əlbəyaxa dava düşüb. Davaya Ərdoğanın mühafizəçiləri də qatılıb. Nəticədə 2 nəfərin ağır yaralanıb.

ABŞ polisi davanı yatırmağa xeyli çətinlik çəkib.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR