Tehranda mikroavtobus yanıb, 4 sərnişin ölüb

Tehranda mikroavtobus yanıb, 4 sərnişin ölüb
12:32 17 May 2017
47 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Tehranda mikroavtobusun yanması nəticəsində 1 qadın, 3 kişi ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə səhər saatlarında İran paytaxtının cənub-şərqində Səidi avtomobil şosesində olub.
Yanğın baş verən zaman sərnişinlər maşını tərk edə bilməyib və nəticədə yanıq xəsarətlərindən ölüblər. 
Mikroavtobusun sürücüsü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin başvermə səbəbi araşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/region/tehranda-mikroavtobus-yanib-4-sernisin-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR