BMT: Bu il MDB ölkələrində cüzi iqtisadi artım gözlənilir

BMT: Bu il MDB ölkələrində cüzi iqtisadi artım gözlənilir
12:37 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu il Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində iqtisadi artım 1,4%, gələn il isə 2% olacaq. 
Bu barədə "Report" "Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivləri - 2017-ci il" adlı proqnoz hesabatına istinadən xəbər verir. 
Hesabatda deyilir ki, 2014-2015-ci illərdə baş verən iqtisadi şok və qlobal ticarət şərtlərinin dəyişməsi MDB ölkələrində ümumi daxili məhsulun (ÜDM) azalmasına gətirib çıxarsa da, 2016-cı ildən nisbi sabitləşmə yaranıb. 
"2017-2018-ci illərdə dünya iqtisadiyyatının bir qədər bərpa olunması gözlənilir. Buna baxmayaraq iqtisadi artım çox aşağı olacaq. Buna səbəb investisiya axınının yavaşlaması, ticarət həcminin azalması və əmək məhsuldarlığının aşağı olmasıdır. Proqnozlara əsasən dünya iqtisadiyyatı bu il 2,7%, 2018-ci ildə isə 2,9% artacaq", - deyə sənəddə qeyd olunub. 
Hesabatda Azərbaycan, Belarus və Moldovada investisiya qoyuluşunun həcmində kəskin azalma olduğu vurğulanıb. BMT-nin ekspertləri Rusiyaya tətbiq edilən sanksiyaların kapitala çıxışı məhdudlaşdırdığını və investisiyaları azaltdığını bildiriblər. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bmt-bu-il-mdb-olkelerinde-cuzi-iqtisadi-artim-gozlenilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR