Regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb

Regionlar üzrə vergi daxilolmaları 16 dəfə artıb
12:42 17 May 2017
51 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda 2016-cı ildə regionlardan büdcə daxilolmaları 600,8 milyon manat təşkil edib. Halbuki, 2003-cü ildə bu rəqəm 37,7 milyon manat idi. Beləliklə, son 15 ildə regionlardan vergi daxilolmaları 16 dəfə artıb.

Milli.Az xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin Ərazi vergi orqanları ilə iş üzrə departamentinin baş direktoru Elçin Bəylərov bildirib. 

Onun sözlərinə görə, 2017-ci ilin birinci rübündə pərakəndə ticarət sahəsindən vergi daxilolmaları 6,9 faiz, xidmət sahəsində isə 30,6 faiz artıb: "2017-ci ilin yanvar-aprel ayları ərzində ərazi vergi orqanları tərəfindən dövlət büdcəsinə 155,4 milyon manat proqnoza qarşı 176,6 milyon manat vəsait daxil olmaqla proqnoz tapşırığına 113,6 faiz əməl olunub, o cümlədən yerli mənbələr üzrə dövlət büdcəsinə 113,8 milyon manat proqnoza qarşı 135,1 milyon manat vəsait daxil olub və ya proqnoz tapşırığına 118,8 faiz əməl edilib".

Yusif Nəsirli
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/545667.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR