Epidemiya 186 can aldı - ÖLÜ sayı artır

Epidemiya 186 can aldı - ÖLÜ sayı artır
12:43 17 May 2017
55 Dünya
Ölkə mətbuatı
A- A+

Yəməndə yayılan vəbadan həyatını itirənlərin sayı 186 nəfəri keçib. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə Yəməndə 14064 müxtəlif virus mövcuddur.

Publika.az xəbər verir ki, vəba virusunun 4500 növünün rast gəlindiyi Yəməndə ölənlərin sayı get-gedə artır. Epidemiyanın ən çox təsir etdiyi ərazilər paytaxt Səna şəhəri və yaxınlıqdakı vilayətlər olub.

BMT-nin Uşaq Fondundan verilən rəsmi açıqlamalara görə, ölkədə 2,2 milyon uşaq ərzaq sarıdan korluq çəkir. Belə bir şəraitdə uşaqların infeksiyaya yoluxması onların həyatı üçün ciddi təhlükə yarada bilər.

Dünya Səhiyyə Təşkilatı ölüm hallarının artmasının qarşısını almaq məqsədilə bir sıra zəruri tədbirlərin görüləcəyini bildirib.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199124.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR