Xəyyam Nisanov da evlənir

Xəyyam Nisanov da evlənir
12:47 17 May 2017
306 Şou
Ölkə mətbuatı
A- A+

Mayda bir çox şou-biznes nümayəndəsi özünə toy edir.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, xalq artisti Aygün Bayramova və əməkdar artist Abbas Bağırovdan sonra müğənni Xəyyam Nisanovun da toy xəbəri yayılıb.

Sənətçi mayın sonlarında nikah masasına oturacaq. Xəyyamın nişan mərasimi artıq baş tutub. Sənətçi toy məkanını və dəqiq tarixi hər kəsdən gizli saxlayır. 

O, məclisi qapalı keçirtməyi planlaşdırır. X.Nisanov hətta məclisə şou-biznesdən çox az sayda qonaq çağıracaq. Müğənni gecədən fotoların yayılmamasını istəmir.

Qeyd edək ki, X.Nisanov bir müddət əvvəl status yazaraq, ondan şəxsi həyatı ilə bağlı heç bir məlumatın soruşulmamasını xahiş etmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/545671.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR