Son iki ayda minlərlə insan boşanıb - STATİSTİKA

Son iki ayda minlərlə insan boşanıb - STATİSTİKA
12:49 17 May 2017
66 Digər
Ölkə mətbuatı
A- A+

Cari ilin iki ayında qeydə alınan nikah və boşanma hallarının statistikası açıqlanıb.

 

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, cari ilin ilk iki ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8476 nikah və 2422 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

 

Bundan başqa, 2017-ci ilin yanvar-fevral ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 306 nəfər gələn və 198 nəfər ölkədən gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 108 nəfər təşkil edib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274785

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR