Şeytan üçbucağı bir ailəni "uddu" - FOTO

Şeytan üçbucağı bir ailəni "uddu" - FOTO
12:52 17 May 2017
Ölkə mətbuatı
A- A+

Kiçik təyyarədə olan qadın və onun iki uşağı Bermud üçbucağında yox olublar.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Amerikanın dəniz təhlükəsizliyi idarəsindən verilən məlumata görə, bazar ertəsi günü Puorto-Rikodan havaya qalxan təyyarənin qalıqları Baham adalarının 40 mil uzaqlığında tapılıb.

Təyyarədə pilot Nathan Ulrich, Jennifer Blumin və onun iki uşağı olub.

Təyyarə Eleutera adasının üzərindən keçərkən radardan itib.

Qəribəsi isə odur ki, Şeytan üçbucağı adlandırılan Bermud üçbucağı da bu ərazidə yerləşir. 

Ehtimal olunur ki, bu ailə də Bermud üçbucağının qurbanı olub.

Məsələ ilə bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, Bermud üçbucağı Atlantik okeanın şimalında Florida, Bermud adaları və Puerto Rikonu birləşdirən şərti xətlərin əhatə etdyi üçbucaq ərazidir. Təqribən yarım milyon kvadrat mil sahəni tutur. Bermud üçbucağı burada çoxlu itmiş obyektə görə sirli yer və anormal zona sayılır. Bu sahə gəmilərin, qayıqların və təyyarələrin itdiyi yüksək qəza bölgəsi kimi qeyd edilib.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545664.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR