Tramp ABŞ-ı faciədən qurtaran MOSSAD agentini İŞİD-ə SATDI - MƏXFİ SÖHBƏTİN DETALLARI

Tramp ABŞ-ı faciədən qurtaran MOSSAD agentini İŞİD-ə SATDI - MƏXFİ SÖHBƏTİN DETALLARI
12:53 17 May 2017
84 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikann NBC News telekanalı ABŞ prezidenti Donald Tramp və Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun danışığının detallarını aydınlaşdırıb.

Publika.az xəbər verir ki, telekanala danışan Ağ Evdəki mənbələrin məlumatına görə, mayın 10-da Ağ Evdə keçirilən görüşdə İŞİD terrorçularının təyyarənin içində terror aktını təşkil etmək planlarından söhbət gedib.

Vaşinqton bu informasiyanı İsrail kəşfiyyatından (MOSSAD) alıb. İsrail xüsusi xidmət orqanının əməkdaşı İŞİD-in içində işləyir. İŞİD-in içərisinə yerləşdirilmiş İsrail agenti terrorçuların planları haqqında Vaşinqtona məlumatlar verirdi. İndi o, ifşa olunma təhlükəsi ilə üz-üzədir.

Telekanal bildirir ki, alınmış kəşfiyyat məlumatına əsasən, İŞİD ABŞ-a uçan sərnişin təyyarəsinin içinə bomba yerləşdirməyə hazırlaşırdı. Bombanın isə noutbukda gizlədilməsi planlaşdırılırdı. Onu isə adi avadanlığın köməyi ilə aşkar etmək çətindir.

Qeyd edilir ki, sözügedən informasiyanın alınmasından sonra Vaşinqtonda ABŞ-a uçan təyyarələrdə noutbukların daşınmasına qadağanın tətbiq edilməsi gündəmə gəlib. Bəzi məlumatlara görə, aeroportlarda yoxlama sistemləri yoxlama zamanı belə partlayıcı qurğunu “buraxa” bilər.

ABŞ daha əvvəl bir sıra Yaxın Şərq dövlətlərindən ölkə ərazisinə uçan təyyarələrdə elektronik məhsulların daşınmasına əlavə məhdudiyyətləri tətbiq edib. Bəzi Avropa aeroportlarına da bu məhdudiyyətlərin tətbiqi nəzərdə tutulur, amma qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, prezident Donald Trampın Rusiya xarici işlər naziri Sergey Lavrova tam məxfi informasiyanı verdiyini ilk olaraq “Vaşinqton Post” nəşri öz mənbələrinə istinadən yazıb. “Röyters” agentliyinə danışan Ağ Evdəki mənbələri iddianı təsdiqləyiblər.

Tramp Lavrova hansı məxfi informasiyanı verdi? - Təyyarədə SUİ-QƏSD

İlk olaraq həm Moskvadan, həm də Vaşinqtondan informasiyanı təkzib edən bəyanatlar verilsə də sonradan ABŞ prezidenti İŞİD terror təşkilatı ilə əlaqədar məxfi məlumatları Rusiyaya ötürdüyünü etiraf edib.

“Ağ Evdə keçirilən görüşdə prezident olaraq Rusiya ilə terrorizm və hava uçuşlarının təhlükəsizliyi əlaqədar həqiqətləri paylaşmaq istədim. Rusiya ilə danışıqların gedişatında informasiyanı bölüşmək hüququna malik idim. Həmçinin istəyirəm ki, Rusiya İŞİD və terrorizmə qarşı mübarizəsini əhəmiyyətli dərəcədə gücləndirsin”, - Tramp yazıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199123.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR