Rusiyaya qarşı müharibə planı ARXİVƏ ATILDI

Rusiyaya qarşı müharibə planı ARXİVƏ ATILDI
13:08 17 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına baxmır.

Publika.az xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Stepan Poltorak Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, nazir əmin olduğunu vurğulayıb ki, Donbasın işğal altında olan əraziləri Ukrayna hakimiyyətinin nəzarətinə mütləq qayıdacaq.

“Biz buna əminik. Donetsk və Luqansk Ukraynanın ərazisidir”, - o deyib.

Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin hücumunu elan edib. O, hərbiçiləri metr-metr şərqə irəliləməyə çağırıb.

“Donbasın işğal edilmiş ərazilərinin Rusiya qoşunlarından təmizlənməsi üçün Ukrayna Silahlı Qüvvələrinə yalnız bir ay vaxt lazımdır. Svetlodarsk və Avdeyevka ərazilərində döyüşlər aydın göstərdi ki, bizim ordumuz hibrid Rusiya qoşunlarından əhəmiyyətli dərəcədə güclüdür. Donbas ərazisini tamamilə təmizləmək üçün bizə bir ay vaxt lazımdır”, - o vurğulayıb.

Daha əvvəl isə Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov bildirib ki, Ukrayna təhlükəsizlik gücləri Kiyevin nəzarətində olmayan ərazilərin qaytarılmasına hazır olmalıdır. Onun sözlərinə görə, Kiyev hakimiyyətində Donbasın azad edilməsi üzrə konkret plan var.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/199126.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR