Bu kənddəki qoca qadınların hamısı fərqlidir - FOTO

Bu kənddəki qoca qadınların hamısı fərqlidir - FOTO
13:27 17 May 2017
Ölkə mətbuatı
A- A+

"Ayaqları sarıqlı qadınlar kəndi"... Çinin Yunnan vilyətindəki Lyuyi kəndi belə tanınır. Bu kənddəki qoca qadınların hamısının ayaqları normal qadın ayaqlarından fərqlənir.

Milli.Az China Post-a istinadən bildirir ki, lyuyili 100 qoca qadının pəncələri çox kiçik, deformasiya olunmuş vəziyyətdədir. Onlar Çindəki qədim "sarıqlı ayaq" adətinin qurbanlarıdır.

6-cı əsrdə formalaşaraq yayılmış adətə görə, qızlar 4-5 yaşları olanda onların ayaqları möhkəm sarınırdı və bu minvalla pəncə inkişaf etmirdi.

Feodal Çinində qadının balaca ayaqlı olması gözəllik nişanəsi sayılırdı. Belə sındırılmış, əyilmiş barmaqlı, kiçik pəncəli qızlara və qadınlara "lotos ayaqlı xanımlar" deyilirdi.

Adət 1912-cı ildə yasaqlanıb. Lakin Çində deformasiya olunmuş pəncələri olan, güclə yeriyən qadınlar hələ də var.

Lyuyi kəndində də "ən cavanı" 72 yaşda olan 102 belə qadın yaşayır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545567.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR