Büdcə təşkilatları 3 ay ərzində 11 mln. manatlıq qaz istifadə edib

Büdcə təşkilatları 3 ay ərzində 11 mln. manatlıq qaz istifadə edib
13:37 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında dövlət büdcəsindən maliyyələşdirilən idarə, müəssisə və təşkilatlar tərəfindən 340,2 mln. kVt./saat elektrik və 83,6 min Q.kalori istilik enerjisi, 54,8 mln.kubmetr təbii qaz istifadə edilib.
“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə,ötən ilin müvafiq dövrü ilə müqayisədə istilik enerjisindən 37,3%, təbii qazdan 3,4% çox istifadə edilib, elektrik enerjisindən istifadə isə 3% azalıb.
Hesabat dövründə büdcə təşkilatları 30,6 mln. manatlıq elektrik enerjisi, 2,3 mln. manatlıq istilik enerjisi, 11 mln. manatlıq təbii qaz istifadə edib.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/budce-teskilatlari-3-ay-erzinde-11-mln-manatliq-qaz-istifade-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR