Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN

Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN
13:43 17 May 2017
63 Digər
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Qarabağın münaqişəsininnizama salınması ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə ərazilərin qaytarılması”.

Publika.az
xəbər verir ki, bu barədə erməni jurnalist Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.

Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus “OSO” zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq yaratdığını deyib: “Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən çıxarın”.

N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu bildirib.

“Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi, susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, “aprel müharibəsi”ndən sonra İrəvan “ərazilərin qaytarılması əvəzində Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü. Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/199132.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR