Avstriyada "Kütləvi İnformasiya Vasitələri və insan alveri barədə ictimaiyyətin məlumatlandırılması" mövzusunda beynəlxalq seminar keçirilir

Avstriyada "Kütləvi İnformasiya Vasitələri və insan alveri barədə ictimaiyyətin məlumatlandırılması" mövzusunda beynəlxalq seminar keçirilir
13:47 17 May 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Vyana. 17 may. REPORT.AZ / Avstriyanın paytaxtı Vyana şəhərində "Kütləvi İnformasiya Vasitələri və insan alveri barədə ictimaiyyətin məlumatlandırılması" mövzusinda beynəlxalq seminar keçirilir.
"Report"un tədbirdə iştirak edək əməkdaşının verdiyi məlumata görə, seminarın məqsədi insan alveri problemi barədə ictimaiyyətin məlumatlandırılması işində KİV-lərin oynadığı rolun müzakirə edilməsidir. Tədbirin diqqət mərkəzində insan alveri faktları və qurbanları barədə məlumat verməyin müxtəlif aspektləri, müsbət və mənfi təcrübənin müzakirəsi, KİV-də işıqlandırmanın qurbanlar üçün və ümumi ictimai rəy üçün olan nəticələri, həmçinin problemə medianın nəzər nöqtəsindən baxış olub. Seminar zamanı hökumət, vətəndaş cəmiyyəti və media nümayəndələrinin insan alveri probleminə qarşı tərəfdaşlıq və birgə fəaliyyət yolları müəyyən olunub.
Seminar Avropa Birliyi tərəfindən maliyyələşdirilən İnsan Alveri və Mütəşəkkil Cinayətə Qarşı Mübarizə Layihəsinin (Faza 2) çərçivəsində keçirilir. Layihə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində öz müsbət töhfəsini verməyə çalışır və Albaniya, Azərbaycan, Bosniya və Hersoqovina, Moldova, Pakistan və Türkiyədə insan alverinə qarşı mübarizə aparan qurumları insan alveri cinayəti ilə daha uğurlu mübarizə aparmaq üçün zəruri olan bacarıq və biliklə təmin etmək yolu ilə dəstəkləyir. Seminar bu 6 ölkədə insan alverinə qarşı mübarizədə iştirak edən nümayəndələri - aparıcı KİV-lərin redaktorları, məzmun üzrə cavabdeh şəxslər, digər aidiyyəti olan şəxsləri (məsələn dövlət qurumlarında insan alveri problemini işıqlandıran mətbuat katibləri, insan alveri problemi və jurnalistlər üçün təlimlər təşkil edən QHT-lər və s.) - bir araya gətirib.
Çıxış edən Miqrasiya Siyasətinin Hazırlanması üzrə Beynəlxalq Mərkəzin (İCMPD) direktoru Mixael Şpindelegger layihənin əhəmiyyətindən danışıb. O, KİV-də insan alveri mövzusunun işıqlandırılmasının vacibliyini vurğulayıb: "KİV-dəki yazılar insanları insan alveri olmaqdan çəkindirməli, qorumalıdır".
Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə çıxışında deyib ki, ölkədə KİV haqqında qanuna əsasən vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq və ötürmək hüququna dövlət tərəfindən təminat verilir: "Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui-istifadə edən redaksiya və jurnalistlər açıqlanması qanunla qadağan edilən məlumatları yaydıqda, qanunvericili müvafiq olaraq mülki, inzibati, cinayət və digər məsuliyyətləri daşıyırlar".
O qeyd edib ki, ötən il ərzində DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 141 insan alveri, 6 məcburi əmək, 19 insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər cinayət faktları qeydə alınıb: "İnsan alveri cinayəti faktlarının açılması 99,3 faiz təşkil edib".
Hazırda beynəlxalq seminar işini davam etdirir.
Müzakirə panellərində həmçinin AB və digər ölkələrdən olan ekspertlər və jurnalistlər də iştirak edəcək. Təsbirdə Vyanada yerləşən və insan alveri problemi ilə məşğul olan beynəlxalq təşkilatlar, həmçinin Avstriya və regionda fəaliyyət göstərən aparıcı KİV nümayəndələri də iştirak edir. 
Bu tədbirin yekun məqsədi cəmiyyət tərəfindən insan alveri probleminin daha yaxşı başa düşülməsi və beləliklə həm onun qarşısının alınmasına nail olmaq, həm də qurbanların müəyyən olunmasını yaxşılaşdırmaqdır. Eyni zamanda, tədbir KİV nümayəndələri ilə insan alverinə qarşı mübarizə aparan qurumlar arasında münasibətləri inkişaf etdirəcək, medianı mövzuya aid olan peşəkar təlimat materialları ilə təchiz edəcək.






Xəbərin orijinal ünvanı: https://report.az/media/avstriyada-kutlevi-i-nformasiya-vasiteleri-ve-insan-alveri-barede-ictimaiyyetin-melumatlandirilmasi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR