Rusiya baş nazirinin müavini: “Bu həftə Türkiyə ilə əlaqələrin bərpasına dair bütün maneələr aradan qalxacaq”

Rusiya baş nazirinin müavini: “Bu həftə Türkiyə ilə əlaqələrin bərpasına dair bütün maneələr aradan qalxacaq”
13:52 17 May 2017
64 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ “Türkiyəyə tətbiq edilən sanksiyaların ləğv edilməsi ilə bağlı sənədlər bu həftə hazır olacaq”.
“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviç bildirib.
Bu həftə Rusiya ilə Türkiyə arasında əməkdaşlıq və əlaqələrin bərpasına dair bütün maneələr aradan qalxacaq.
Onun sözlərinə görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyann dövlət başçısı Vladimir Putin arasında bu il mayın 10-da keçirilən görüş zamanı əldə edilən razılıqlar artıq sənədləşdirilib.
Qeyd edək ki, həmin görüşdə tərəflər arasında ərzaq və kənd təsərrüfatı məhsullarına, xidmət, toxuculuq və tikinti sahələrinə dair sanksiyaların aradan qaldırılması ilə bağlı razılıq əldə olunmuşdu. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/bu-hefte-turkiye-ile-elaqelerin-berpasina-dair-butun-maneeler-aradan-qalxacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR