ASK-nın rəhbərliyi yenidən formalaşdırılacaq

ASK-nın rəhbərliyi yenidən formalaşdırılacaq
13:57 17 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 17 may. REPORT.AZ/ Yaxın aylarda Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) V qurultayı keçiriləcək.
“Report”un məlumatına görə, qurultayda ASK-nın 2013-2017-ci illərdəki fəaliyyəti ilə bağlı hesabatın dinlənilməsi nəzərdə tutulur.
Bundan başqa, tədbirdə qurumun növbəti 4 il müddətinə prezidenti və vitse-prezidenti seçiləcək, İdarə və Rəyasət Heyətlərinin, Təftiş-Nəzarət Komissiyasının tərkibi yenidən formalaşdırılacaq.
Xatırladaq ki, 2013-cü ildə baş tutmuş IV qurultayda konferedasiyaya rəhbərlik “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri Məmməd Musayevə həvalə edilib. 

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/ask-nin-rehberliyi-yeniden-formalasdirilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR